Yerevanda müxalifət Avrasiya İqtisadi Birliyinə qoşulmağa etiraz edir 02 Dekabr 2014 02:00 Siyasət Yerevanda onlarla müxalifət fəalı parlament binasının qarşısında nümayiş keçirərək deputatları Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulmaq müqaviləsini rədd etməyə çağırıblar. Milli Müqəddəratını Təyin etmə partiyasının lideri Paruyr Hairikian dekabrın 1-də deyib ki, “bütün sivilizasiyalı dünya ilə müharibə edənlə tərəfdaş olmaqErmənistan üçün heç vaxt məqbul olmaycaq.” Onun sözlərinə görə, Ermənistan üçün “bu birliyə qoşulmaqdan iyrənc nəyisə təsəvvür etmək mümkün deyil”. Dekabrın 1-də Ermənistan parlamenti Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulması müqaviləsinimüzakirə edir. Sənədintəsdiqlənəcəyi şübhə doğurmur. Bu Birliyə Ermənistandan başqa Rusiya, Qazaxıstan, Belarus daxildir. Birlik2015-ci il yanvarın 1-dən fəaliyyətə başlayır. Teqlər : #Yerevanda müxalifət Avrasiya İqtisadi Birliyinə qoşulmağa etiraz edir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan ekspertləri Türkiyə-Ermənistan sərhədinin açılması ehtimalını şərh edirlər Müsavat qərargahında partiyadan çıxarılmış şəxs polislə hədələnib
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video