Yerində sayan islahatlar

Yerində sayan islahatlar

-- burada problem dövlət sərəncamlarının yerinə yetirilməsinə nəzarətin lazmi səviyyədə olmamasındadır

"Exo" qəzetində "Azərbaycanda islahatlar daim yerində sayır..." sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif islahatların gerçək həyatda hiss olunmamasının səbəblərini ekspert Natiq Cəfərli ilə araşdırır.
 
"Azərbyacan hökumətinin nəzəri olaraq bütün böhranlı sahələrə dair dəqiq proqramı var, amma əməldə islahatlar yerində sayır. İslahatların tez və səmərəli icrası üçün təkcə istək yetərli deyil. Bunun üçün nazirlik və idarələrin işini düzgün təşkil etmək və fəaliyyətlərini nəzarətdə saxlamaq zəruridir. Ancaq bu halda islahatlar tezliklə icra oluna bilər. Bu baxımdan Azərbaycanın əvvəlki islahat proqramları heç yarıya qədər yerinə yeitirlməyib". Ekspert islahatların icrası sahəsində real mənzərinin bundan ibarət olmasını qəzetə belə şərh edir.
 
N.Cəfərli deyir ki, hakimiyyətin heç də bütün addımları uğursuz olmayıb, keçən il kənd təsərrüfatında ixrac 3 faiz artıb, amma hökumət daha çoxuna ümidli idi.
 
İslahatların keçirilməsini mürəkkəb və baha başa gələn olduğunu deyən müəllif hər il büdcədən bu məqsədlə milyonlarla vəsaitin ayrıldığını, xərclərin daim artdığını və son 10 ildə dövlət büdcəsindən nə qədər vəsait ayrıldığını hesablamağın belə çətin olduğunu bildirir: "Ziyanı dəyərləndirmək mümkün olmasa da nəticəsi göz önündədir. İslahatların keçirilməsi mürəkkəbdir, buna paralel olaraq təhsil və ya məhkəmə sistemində də, hələ idarəetmə, nəzarət və icra sistemində də islahatlar olmalıdır, çünki bu sahələrlə bağlı ciddi problemlər var".
 
N.Cəfərli deyir ki, baxmayaraq ki, hökumət həqiqətən islahatlar keçirmək istəyindədir, proqramlar qəbul edib, amma bütün proqramlar ancaq yerində sayır.
 
Ekspertə görə, burada problem dövlət sərəncamlarının yerinə yetirilməsinə nəzarətin lazmi səviyyədə olmamasındadır, elə bu səbəbdən son illərdə 30-40 regionda çox az şey dəyişib: "İndiki məmurlarn idarəetmə modeli sovet məmurlarından fərqli deyil. İcra başçısı güclü şəkildə biznesə müdaxilə edir, hər məmurun "öz " rayonunda öz biznesi var ki, ora "özgələr" yerli bazara buraxılmır".
 
N.Cəfərli hesab edir ki, ciddi islahata ehtiyacı olan sahələrdən biri məhkəmə hakimiyyətidir, bu, olmadan iqtisadi islahatlar yerində saymaqda davam edəcək və son 10-15 ildə məhkəmə islahatı aparan ölkələr iqtisadiyyatda sıçrayış əldə ediblər.
 
Müəllif isə xatırladır ki, Azərbaycan hökumətinin rəsmi məlumatlarına görə 2018-ci ildə iqtisadi islahatlara dövlət xərcləri 20% artırılacaq, belə ki, büdcədə islahatlar üçün 833,7 milyon manat nəzərdə tutulur, 2017-ci ildə isə bu məbləğ 697 milyon manat idi.
 

Google+ WhatsApp ok.ru