İş yerində bədbəxt hadisə baş verib

İş yerində bədbəxt hadisə baş verib

Paytaxtın Nəsimi rayonu ərazisində iş yerində bədbəxt hadisə baş verib.
Yayılan məlumata görə, hadisə Səməd Vurğun, Ş.Əzizbəyov və Mərdanov qardaşları küçəsinin kəsişməsində inşa olunan çoxmərtəbəli binada fəhlə işləyən 1957-ci il təvəllüdlü Rəsulov Firudin Misir oğlu olduğu binadan üzbəüz ərazidə yerləşən binaya keçmək istəyərkən yıxılıb.

3-cü mərtəbədən yıxılan şəxs dərhal 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. KTM-dən Sputnik Azərbaycan-a verilən məlumatda qeyd olunur ki, həmin şəxsin hazırda reanimasiyada qalmaqda davam edir, vəziyyəti ağırdır.

Fəhlənin həyatına ciddi təhlükə var.

Google+ WhatsApp ok.ru