Yer kürəsinin əhalisi 10 milyarda çatacaq

Yer kürəsinin əhalisi 10 milyarda çatacaq

 
Planet əhalisinin sayı 2053-cü ildə 10 milyarda çatacaq.
 
Bu barədə Vaşinqtonda fəaliyyət göstərən Əhalinin Sayı Bürosunun (PRB) məlumatında deyilir.
 
Büronun yenilənmiş proqnozlarına əsasən, 2050-ci ildə Yer kürəsindəki əhalinin sayı 9,9 milyard olacaq, 2053-cü ildə isə 10 milyardı ötəcək. Doğulan insanların sayının artım sürəti əsasən Afrikanın hesabına düşəcək - bu materikin əhalisi 2,5 milyard çoxalacaq. Amerika qitəsindəki əhalinin sayı 223 milyon, Asiyada isə - 900 milyon artacaq. Avropada yaşayan insanların sayı 12 milyon azalacaq.
 
Əsas sosial-demoqrafik problem onunla müşayiət olunacaq ki, Yer kürəsinin əhalisinin yüksək artım tempi zəif inkişaf etmiş ölkələrin üzərinə düşür. PRB-in proqnozuna görə, dünyanın 48 az inkişaf etmiş ölkəsinin sayı 2050-ci ilə iki dəfə artacaq.
 
Digər tərəfdən, inkişaf etmiş ölkələrdə əhalinin sayının azalacağı gözlənilir. Əhali sayında ən çox azalma Yaponiya, Rusiya, Ukrayna və Rumıniyada qeydə alınacaq. Oxşar vəziyyət digər ölkələrdə, xüsusilə Şərqi Avropa, eləcə də Şərqi, Cənub-Şərqi və Qərbi Asiyada müşahidə olunacaq.
 
PRB qeyd edir ki, əhalisinin sayına görə birinci yerdə Hindistan, Çin, ABŞ, Nigeriya, İndoneziya və Braziliya olacaq. (Trend) /

Google+ WhatsApp ok.ru