Yerli sərmayə 40 faiz azalıb

Yerli sərmayə 40 faiz azalıb

Yerli müəssisə və təşkilatlar sərmayə yatırımını ötən ilə nəzərən 40% azaldıb.
 
Maide.Az xəbər verir ki, bunu iqtisadçı-ekspert Nemət Əliyev öz facebook səhifəsində yazıb.
 
N.Əliyevin sözərinə görə, bu göstərici 2015-ci ildəki səviyyədən 83% azdır. 2015-ci ilin yanvar-aprel dövründə 1,4 milyard dollar sərmayə yatırımı həyata keçirən yerli müəssisə və təşkilatlar ötən il 401 milyon dollar, bu il isə vur-tut 239 milyon dollar yatırım həyata keçirib.
 
Xarici investorlar isə bu ilin yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatına kapital yatırımının həcmini ötən ilə nəzərən 231 milyon dollar və ya 12,4%, 2015-ci ilə nəzərən yarım milyard dollardan çox və ya 25% azaldıb.
 
İnvestisiyalar, yatırımlar gəlməsə, islahatların önü açılmasa, normal idarəçilik tətbiq edilməsə, tənəzzülü durdurmaq mümkün olmayacaq. Bu gedişatla hələ çox itkilər verməli olacağıq. Son iki ildə verilmiş milyardlarla itkidən sonra vəziyyətin bu gün də pisləşməkdə davam
 
etməsi nikbinlik üçün ayaq yeri buraxmır.
 
Vaxt əleyhimizə işləyir.(azadliq.info)

Google+ WhatsApp ok.ru