Yer üzünü yağışlı gələcək gözləyir

Yer üzünü yağışlı gələcək gözləyir

“Nature Communications” nəşri ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) mütəxəssislərinə istinadla yazır ki, güclənməkdə olan qlobal istiləşmə Yer üzərinə düşən yağıntıların miqdarının artmasına səbəb olacaq.
 
NASA mütəxəssislərinin müşahidələrinə görə, son 40 ildə planetin qızması stabil şəkildə hava cərəyanlarının yerinin dəyişməsinə səbəb olur. Nəticədə tropik ərazilər üzərində atmosferin yüksək qatlarında buludların (yeri gəlmişkən, bu buludlar atmosferdə istiliyi “udur”) azalması və yağıntının miqdarının artması müşahidə edilir. Bütün bunlara əsasən demək olar ki, tendensiya bundan sonra yalnız güclənəcək. (azərtac) /

Google+ WhatsApp ok.ru