Yetkinlik yaşına çatmayanlara cəza növləri artırılır 12 Oktyabr 2017 01:00 Hüquq Azərbaycanda yetkinlik yaşına çatmayanlara təyin edilən cəza növləri artırılır. Maide.Az bildirir ki, Trend-in məlumatına görə, bununla bağlı Cinayət Məcəlləsinə yeni bəndin əlavə olunması təklif edilir. Təklifə əsasən, yetkinlik yaşına çatmayanlara təyin edilən cəza növlərinə “azadlığın məhdudlaşdırılması” cəza növü də əlavə edilir. Yetkinlik yaşına çatmayanların iki aydan iki ilədək müddətdə azadlığı məhdudlaşdırıla bilər. Qeyd edək ki, hazırda Cinayət Məcəlləsində yetkinlik yaşına çatmayanlara "azadlığın məhdudlaşdırılması" cəza növü nəzərdə tutulmur. Dəyişikliklərin Milli Məclisin oktyabrın 20-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılması planlaşdırılır. Teqlər : #Yetkinlik yaşına çatmayanlara cəza növləri artırılır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Vəhhabilər Milli Məclisə girib deputatları qırmaq istəyib Azərbaycanda kredit borcunu ödəməyənlərin cəzası yüngülləşdirilir - VİDEO