Yevlaxda sərnişin mikroavtobusu yük maşını ilə toqquşub, xəsarət alanlar var 21 İyun 2018 01:00 Hadisə -- Faktla bağlı araşdırmalara başlanılıb. Yevlax rayonunda sərnişin mikroavtobusu yük maşını ilə toqquşub. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Yevlax şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, 99-JE-959 dövlıət qeydiyyat nişanlı, "Mercedes" markalı sərnişin mikroavtobusu idarəetmədən çıxaraq 21-BD-889 dövlət qeydiyyat nişanlı "KamAZ" markalı yük maşınına çırpılıb. Hadisə nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir. Onlardan ikisinin vəziyyətinin yüngül olduğundan hadisə yerində ilkin tibbi yardım göstərilib. Digər bir nəfər sərnişin, Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Həsən Cavid oğlu Ağazadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırmalara başlanılıb. Teqlər : #Yevlaxda sərnişin mikroavtobusu yük maşını ilə toqquşub,#xəsarət alanlar var, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Tərtərdə 19 pambıqçı zəhərlənib Daşkəsəndə sel ciddi fəsadlar törətdi