Yevlaxda sərnişin mikroavtobusu yük maşını ilə toqquşub, xəsarət alanlar var

Yevlaxda sərnişin mikroavtobusu yük maşını ilə toqquşub, xəsarət alanlar var

-- Faktla bağlı araşdırmalara başlanılıb.

Yevlax rayonunda sərnişin mikroavtobusu yük maşını ilə toqquşub.
 
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Yevlax şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. 
 
Belə ki, 99-JE-959 dövlıət qeydiyyat nişanlı, "Mercedes" markalı sərnişin mikroavtobusu idarəetmədən çıxaraq 21-BD-889 dövlət qeydiyyat nişanlı "KamAZ" markalı yük maşınına çırpılıb.
 
Hadisə nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir. Onlardan ikisinin vəziyyətinin yüngül olduğundan hadisə yerində ilkin tibbi yardım göstərilib. Digər bir nəfər sərnişin, Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Həsən Cavid oğlu Ağazadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. 
 
Faktla bağlı araşdırmalara başlanılıb. 
 

Google+ WhatsApp ok.ru