Yevlaxda tələbələrin olduğu mikroavtobus qəzaya düşüb, 2 nəfər ölüb, 22 nəfər xəsarət alıb- YENİLƏNİB-1

Yevlaxda tələbələrin olduğu mikroavtobus qəzaya düşüb, 2 nəfər ölüb, 22 nəfər xəsarət alıb- YENİLƏNİB-1

Yevlaxda baş verən ağır yol qəzasında yaralananların adları məlum olub.
 
ONA yerli bürosu yaralananlardan 18 nəfərinin adlı siyahısını əldə edib. Onlar - 2001-ci il təvəllüdlü Şahmalı İlbikə Ramil qızı, 1994-cü il təvəllüdlü Məmmədli Aygün Azər qızı, 2002-ci il təvəllüdlü Behbudov Murad Hüseyn oğlu, 1989-cu il təvəllüdlü Məhərrəmova Gülər Vidadi qızı, 1999-cu il təvəllüdlü İbrahimov Şahlar Abbas oğlu, 2001-ci il təvəllüdlü Əkbərov Əziz Əkbər oğlu, 2000-ci il təvəllüdlü Cəfərova Firuzə Rövşən qızı, 1977-ci il təvəllüdlü Hüseynova Aynurə Adil qızı, 1960-cı il təvəllüdlü Şəhriyarov Xudaverdi Qəzənfər oğlu, 2000-ci il təvəllüdlü Alxanov Elşən Rövşən oğlu, 2000-ci il təvəllüdlü Nəsibli Ülviyyə Ədalət qızı, 1999-cu il təvəllüdlü Məmmədova Nigar Azər qızı, 1993-cü il təvəllüdlü Məmmədova Rufanə Hüseyn qızı, 2003-cü il təvəllüdlü Cəbrayılov Elzamin Pərviz oğlu, 2002-ci il təvəllüdlü Qədirli Aytac Seymur qızı, 2002-ci il təvəllüdlü Nəcəfli Aysu Azər qızı, 2001-ci il təvəllüdlü Həsənov Ümid  İsmayıl oğlu, 1982-ci il təvəllüdlü İmanova Gülnar Adil qızıdır.
 
***
Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı 2 nəfər ölüb, 10 nəfər yaralanıb.
 
Maide.Az bildirir ki, ONA-nın Mingəçevir bürosunun xəbərinə görə, hadisə Xaldan qəsəbəsi ərazisində qeydə alınıb.
 
Bildirilir ki, Yevlax-Xaldan-Mingəçevir istiqamətlərində hərəkət edən "Mercedes" markalı mikroavtobus rayonun Xaldan istiqamətində hərəkətdə olarkən təkəri partlayıb və avtobus idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində, ilkin məlumata görə, adı hələlik dəqiqləşdirilməmiş oğlan sərnişin yerindəcə dünyasını dəyişib. Əlavə olaraq 7 yaralı Yevlax, 3 yaralı isə Mingəçevir xəstəxanasına aparılıb.
 
Qəzaya düşənlərin əsaəsn Mingəçevirdə təhsil alan yevlaxlı tələbələr olduğu deyilir.
 
Faktla bağlı araşdırma aparılır.
 

Google+ WhatsApp ok.ru