Yevlax rayonunda məscid belə dağdıldı –VİDEO

Yevlax rayonunda məscid belə dağdıldı –VİDEO

-- İcra Hakimiyyətinin əməkdaşları tərəfindən

Yevlax rayonu yerləşən Aran qəsəbəsində sakinlərin yardımı və şəxsi ianələri hesabına inşa edilmiş məscid İcra Hakimiyyətinin əməkdaşları tərəfindən dağıdılıb.
 
Maide.Az "İslaminSesi"-ə istinadən xəbər verir ki, bu barədə Aran qəsəbəsində yaşayan insanlar videoçəkərək sosial şəbəkələrdə paylaşıblar.
 
Yayılan məlumatda qeyd edilir ki, sözügedən qəsəbədə 3 kənd yerləşir və kəndlərin heç birində məscid yoxdur. Bu məscid də məhz sözügedən zərurət üzündən sakinlərin uzunmüddətdir topladığı şəxsi ianələr hesabına inşa edilib.
 
Sakinlərin sözlərinə görə 1992-ci ildən təməli qoyulan məscidin tikintisi ilə bağlı icazə almaq üçün bir neçə nəfər sənədləri hazırlayaraq aidiyyəti üzrə təqdim edib. Sənədləri təqdim etdikdən sonra Yevlax Rayon İcra Hakimiyyətindən məscidin tikintisi üçün icazə verilib və bundan sonra sakinlər pul toplayaraq hissə-hissə məscidi inşa etməyə başlayıblar. Məscidin üstü örtüldükdən və dəstəmazxanası inşa edildikdən sonra icra hakimiyyətdən gələrək bildiriblər ki, məscid sökülməlidir.
 
Səbəb kimi isə guya sözügedən məscidin vəhhabilər tərəfindən inşa edilməsi və radikal cərəyanın yayılacağını göstəriblər. Halbuki sözügedən məscid və ərazidə yaşayan insanlar arasında vəhhabi yoxdur və hamısı xalqımızın ənənəvi dinini, peyğəmbər və Əhli-Beyt(ə)-ın yolunu özlərinə ülgü bilirlər.
 
Sakinlər onu da bildirib ki, bir neçə müddət bundan öncə icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə əraziyə ağır texnika gətirilərək məscidin dəstəmazxanası və künbəzi dağıdılaraq, qapı-pəncərəsi çıxarlıb. 
 
Qeyd edək ki, şənbə günü olduğundan baş verənlərlə bağlı Yevlax Rayonu İcra Hakimiyyətindən rəsmi münasibət öyrənə bilmədik. Növbəti iş həftəsində baş verənlərlə bağlı rəsmi münasibət öyrənməyə çalışacağıq.

Google+ WhatsApp ok.ru