Yük maşını aşdı, 28 ton yanacaq yola dağıldı

Yük maşını aşdı, 28 ton yanacaq yola dağıldı

Bakı-Qazax magistralının Goranboy rayonu ərazisindən keçən hissəsində "DAF" markalı ağırtonnajlı yük maşını aşıb
Goranboyda yük avtomobili aşıb.
 
Maide.Az  APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Goranboy rayonu, Borsunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Mazut daşıyan "DAF" markalı yük avtomobili yolun kənarına aşıb. Qəza zamanı xəsarət alan olmasa da, avtomobildə olan mazut yola dağılıb. Hazırda qəzanın aradan qaldırılması istiqamətində iş gedir.
 
İlkin ehtimala görə, sürücü Elşad Qasımov yuxulu olduğundan idarəetməni itirib. Yük maşınında 28 ton mazut olub.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
 

Google+ WhatsApp ok.ru