Yük maşınları Azərbaycan-Rusiya sərhədindən buraxılmır- VİDEO

Yük maşınları Azərbaycan-Rusiya sərhədindən buraxılmır- VİDEO

100 tondan artıq pomidor xarab olur

Azərbaycan-Rusiya sərhədində yük maşınlarının Rusiya tərəfə buraxılmaması problemi hələ də davam edir.
 
Xezerxeber.az məlumat verir ki, 100 tondan artıq pomidor xarab olma təhlükəsi ilə üz-üzə qalıb.
 
Məlum olub ki, Rusiya ərazisində 20-dən çox yük dolu avtomobil bazarlara buraxilmayıb.
 
Rusiya bazarlarına kənd təsərrüfatı malları aparan azərbaycanlı fermerlər Moskvadan gələcək ekspertizanın cavabını gözləyir.
 
Xaçmaz Gömrük İdarəsinin Samur gömrük keçid məntəqəsinin rəis müavini Cavid Nadirov yaranmış problemin həlli istiqamətində qonşu ölkənin aidiyyati qurumları ilə müzakirələr aparıldığını bildirib.

.

Google+ WhatsApp ok.ru