Yolçəkən fəhlənin dəhşətli sonu

Yolçəkən fəhlənin dəhşətli sonu

-- maşın üstünə aşdı

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin işçisi Ağdamda faciəli şəkildə ölüb.
 
Miade.Az bildirir ki, APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə Ağdamın Yüzbaşılı kəndində baş verib.
 
Yol tikintisində işləyən Goranboy rayonunun Zeyvə kənd sakini, 1969-cu il təvəllüdlü Məmmədov Dadaş Cahiyyəddin oğlu “Shacman” markalı yük maşınının altında qalıb.
 
Hadisənin sürücünün ehtiyatsızlığından baş verdiyi bildirilir.
 
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.
 

Google+ WhatsApp ok.ru