Yol gedərkən bayramları yasa döndü: 23 ölü, 84 yaralı 05 Yanvar 2015 02:00 Hadisə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar Azərbaycanda qeyri-iş günlərində baş verən yol-nəqliyyat hadisələri zamanı 23 nəfər ölüb. Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə bildiriblər ki, dekabrın 31-dən yanvarın 5-dək ölkə ərazisində 60 yol qəzası qeydə alınıb. Baş verən qəzalar nəticəsində 23 nəfər ölüb, 84 nəfər yaralanıb. Qəzaların əksəriyyəti sürət həddinin aşılması, ötmə və manevretmə qaydalarının pozulması nəticəsində baş verib. / Teqlər : #Yol gedərkən bayramları yasa döndü: 23 ölü,#84 yaralı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Şamaxıda dəhşətli yol-qəza hadisəsi baş verib, 6 nəfər ölüb (FOTO) Astarada partlayış: bir nəfər xəsarət alıb