Yollardakı nişanlama xətləri qəzaya səbəb ola bilər - VİDEO

Yollardakı nişanlama xətləri qəzaya səbəb ola bilər - VİDEO

-- yol cizgi xətləri və piyada zolaqlarının yağışlı havada sürüşkən olması...

Yağışlı havada yüksək sürətdən başqa, yol cizgi xətləri də qəzalara səbəb ola bilər.
 
Son günlər sürücülər sosial şəbəkələrdə belə bir məlumat yayıblar ki, yollarda xətlərin üstündən keçən zaman avtomobilin təkərlərinin sürüşdüyünü hiss edirlər. Bu hal motosikletlə çox yüksək sürətdə gedəndə daha aydın hiss olunur.
 
Sözügedən nüansı hiss edən sürücülərin sayı heç də az deyil. Bir neçə sürücü bu halı dəfələrlə müşahidə etdiklərini deyirlər.
 
Məsələ ilə bağlı yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirdi ki, bu, tək Azərbaycanın problemi deyil. Dünya təcrübəsində də yol cizgi xətləri və piyada zolaqlarının yağışlı havada sürüşkən olması barədə məlumatlar var. Ekspert sürücülərə yolda hərəkət zolağını dəyişərkən bir qədər ehtiyatlı olmalarını, xətlərin üzəri ilə maksimum dərəcədə az hərəkət etmələrini tövsiyyə edir. Əks halda, yağışlı havada yoldakı zolaq qəzaya səbəb ola bilər.
 
Bəs Bakıda yollar rənglənən zaman hansı boyalardan istifadə olunur?
 
Məsələ ilə bağlı "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirdi ki, həmin xətlərin çəkilməsində istifadə edilən boya məhz yol üçün nəzərdə tutulub.
 
Amma müşahidələr onu göstərir ki, yollarda nişanlanma xətləri çəkildikdən bir neçə ay sonra ya ümumiyyətlə silinir, ya da ki, tez solur. Bu da boyanın təkərə ilişmə faizinin standartlara cavab verib-vermədiyini sual altında qoyur.
 

Google+ WhatsApp ok.ru