Yol qəzaları ilə bağlı vahid çağrı mərkəzi yaradılacaq 12 Yanvar 2019 10:08 Ölkə Azərbaycanda yol qəzaları ilə bağlı vahid çağrı mərkəzi yaradılacaq. Maide.Az bildirir ki, Trend-in məlumatına görə, bununla bağlı məsələ "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb. Proqramda həmçinin yol-nəqliyyat hadisələri ilə bağlı xilasetmə, təcili və təxirəsalınmaz tibbi yardım tədbirlərini həyata keçirən aidiyyəti qurumlar arasında əlaqələndirmənin gücləndirilməsi, vahid çağrı mərkəzinin yaradılması, yol-nəqliyyat hadisələrinin qeydiyyatı sisteminin və ilk tibbi yardım göstərilməsi işinin təkmilləşdirilməsi, yol-nəqliyyat hadisələrinin müntəzəm baş verdiyi yerlərin-qəza ocaqlarının müəyyən edilməsi və qəzaların səbəblərinin aradan qaldırılması işinin təkmilləşdirilməsi nəzərdə tutulur. Teqlər : #Yol,#qəzaları,#ilə,#bağlı,#vahid,#çağrı,#mərkəzi,#yaradılacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sabaha gözlənilən hava şəraiti açıqlanıb Bazar gününün hava proqnozu açıqlanıb