Yol qəzasında 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb - Sumqayıtda

Yol qəzasında 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb - Sumqayıtda

Sumqayıtda ölümlə nəticələnən ağır yol qəzası olub.
 
Maide.Az ONA-a istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. İki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Ölənlərdən biri, 1995-ci il təvəllüdlü Cabir Aslan oğlu Cəfərovdur. Digər ölənin şəxsiyyəti hələlik məlum deyil.
 
Faktla bağlı araşdırma aparılır. 
 

Google+ WhatsApp ok.ru