YouTube istifadəçilərə video izləməyə fasilə xəbərdarlığı edəcək

YouTube istifadəçilərə video izləməyə fasilə xəbərdarlığı edəcək

-- YouTube daha bir xüsusiyyətini elan edib

 YouTube davamlı olaraq  uzun müddət  video izləyən istifadəçilərə fasilə vermələrini təklif edən yeni  bildirimləri istifadəyə verdi. Uzun müddət video izləmək gözləri yorduğu kimi, insanların işlərindən də geri qalmasına səbəb olur.
 
Maide.Az FaktXeber-ə istinadən xəbər verir ki, izləməyə fasilə verməyin xatırladan bildirimləri almaq üçün YouTube profil fotonuza çıqqıldatdığınızda açılan menyudan  “Ayarlar”dan "Fasilə verməyi xatırlat"ı seçin. Bundan sonra qarşınıza 6 xatırlatma  (15, 30, 60, 90, 180 dəqiqə) sıxlıqlarından birini seçə bilərsiniz.
 
YouTube daha bir xüsusiyyətini elan edib. İstifadəçilər artıq tətbiqin özlərinə göndərilən xəbərdarlığı  müəyyən saatda tək bir siyahı formasında ala biləcək.
 

Google+ WhatsApp ok.ru