YouTube sosial şəbəkəyə çevrilir

YouTube sosial şəbəkəyə çevrilir

YouTube rəhbərliyi baxılan videoların müzakirələrinin getdiyi rəqib servislər - Facebook və Tvitterdən istifadəçiləri ayıraraq özünə cəlb etməyə hazırlaşır. Bunun üçün kompaniyanın Backstage adlanan funksiyası hazırlanır. Bununla da kanal müəllifləri nəinki  videoroliklərə baxa, həmçinin foto, ismarıc və link mübadilələri apara, həmçinin sorğular  keçirə biləcəklər.
 
Bütün bu kontenti kanalın səhifəsində, yaxud istifadəçilərin lentində görmək mümkündür. 
 
Şərhlər sistemində də yeniliklər olacaq: İstifadəçilər öz şəkillərini, hətta  videoyazılarını rolikin altında dərc edə biləcəklər.
 
YouTube-nin mobil və desktop versiyası üçün yeni funksiyası payızda, yaxud, cari ilin sonlarında işə düşəcək. (faktxeber) /

Google+ WhatsApp ok.ru