YouTube həştəqdən istifadə qaydalarını dəyişdi

YouTube həştəqdən istifadə qaydalarını dəyişdi

Tvitterlə məşhurlaşan həştəqlərdən istifadə son vaxtlar YouTube platformasına daxil edilsə də, buradakı etiketlərin iş prinsipi fərqli idi. Amma artıq YouTube da həştəqdən istifadə qaydalarında dəyişiklik edib.
 
ted.az xəbər verir ki, yeniliklə YouTube həştəqləri də Tvitterdəki kimi işləməyə başlayacaq.
 
Yeni sistemlə, YouTube videosunun açıqlama qismindəki etiketi vurduqda, həmin videonun da daxil olduğu və sözügedən etiketi istifadə edən görüntülərə getmək mümkün olacaq.
 
 YouTube şirkətindən hazırda veb və mobil versiyalarda mövcud olan yeni sistem barədə açıqlama verilib. Bildirilib ki, yenilik məzmun və etiketləri qruplaşdıraraq videoları tapmağa kömək məqsədi daşıyır: "Əvvəl YouTube-da bir etiket axtardıqda və ya onun üzərinə vurduqda videodakı etiketli məzmunla yanaşı digər əlaqəli birləşməni də görmək olurdu. Bu gündən isə YouTube-da həştəq axtaran hər kəs videoları sıralayan xüsusi səhifə ilə rastlaşacaq".
 

Google+ WhatsApp ok.ru