`YouTube`un baş ofisində baş verən atışma nəticəsində 4 nəfər yaralanıb

`YouTube`un baş ofisində baş verən atışma nəticəsində 4 nəfər yaralanıb

-- atəş açan qadın Kaliforniya ştatının sakini Nasim Aqdam olub

Kaliforniyada "YouTube"un baş ofisində baş verən atışma nəticəsində 4 nəfər yaralanıb, daha bir nəfər isə ölüb.
 
Maide.Az bildirir k, bunu yerli polis bildirib.
 
"Ümumilikdə 4 yaralımız var, onlar xəstəxanaya çatdırılıb və daha bir nəfər isə binanın daxilində ölüb", deyə polis əməkdaşı bildirib.
 
Ehtimala görə, bina daxilində ölən atəş açan qadındır. Onun intihar etdiyi ehtimal olunur.
 
Qeyd edilməlidir ki, videoportalın əməkdaşları sosial şəbəkələrdəki səhifələrində mənzil-qərargahda intensiv atışma səslərinin eşidildiyi barədə məlumat veriblər.(trend)
 
ABŞ-da "YouTube" videoportalının baş ofisində atış açan qadının şəxsiyyəti müəyyənləşib. Həmin qadın Kaliforniya ştatının sakini Nasim Aqdam olub.
 
NBC telekanalının məlumatına əsasən, Nasim Aqdamın 39 yaşı olub. O, xəsarət alanlardan bir nəfəri tanıyırdı, çox guman ki, onun məqsədi həmin kişi olub. Onun "YouTube" şirkətinə heç bir aidiyyatı olmadığı bildirilir.
 

Google+ WhatsApp ok.ru