Yoxa çıxan əsgərin anasından şok açıqlama: ”Balamı kontura görə öldürüblər” VİDEO

Goranboydakı N saylı hərbi hissədən bir həftədir yoxa çıxan əsgər Murad Əlizadə oğlu Əliyevin meyiti tapılıb. Muradın anası Təranə Məmmədovanın sözlərinə görə, oğlu ilə sonuncu dəfə oktyabrın 4-də gecə 12 radələrində telefonla danışıb. Oğlu narahat olduğunu, tez yatacağını deyib və kontur istəyib. Növbəti dəfə zəng edəndə isə telefonu başqası götürüb. Həmin şəxs özünü əsgər kimi təqdim edib. Anasının sözlərinə görə, həmin nömrəyə uzun müddət kontur göndərirmişlər. Həmin adam isə MAXE (müddətdən artıq xidmət edən) imiş.
 
Muradın nənəsi Tahirə xanım isə nəvəsinin öldürüldüyünü və Muradın meytinin onlara göstərilmədiyini deyir.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 6-da hərbi qulluqçu, əsgər Murad Əlizadə oğlu Əliyev xidmət yerini özbaşına tərk edib. Həyata keçirilən axtarış tədbirləri nəticəsində oktyabrın 9-da axşam saatlarında əsgər Murad Əliyevin meyiti tapılıb. Hadisə ilə bağlı cinayət işi başlanıb. Hərbi Prokurorluq tərəfindən faktla əlaqədar araşdırma aparılır (meydan tv).

Google+ WhatsApp ok.ru