Yoxsullara kartoçka....

Yoxsullara kartoçka....

"Exo" qəzetində "Azərbaycanda yoxsullara ərzaq kartoçkaları və ərzaq bazarı kömək etməz" sərlövhəli məqalə diqqət çəkir. Yazıda ölkədə yoxsul təbəqənin dururmu ekspertlərlə müzakirə edilir.
 
Müəllif yazır ki, Azərbaycanda 2015-ci ildən başlayan maliyyə böhranı hələ də davam edir, aztəminatlı ailələrin sayı da çoxalır.
 
Yazıda qeyd edilir ki, dünyanın bir çox ölkələrində hökumətlər, bəzilərində isə varlı iş adamları yoxsullardan ötrü müxtəlif səpgili xeyriyyə tədbirləri keçirirlər. Müəllif vurğulayır ki, Rusiyada bu il yoxsullardan ötrü ərzaq kartoçkaları hazırlanacaq.
 
Yazıda xatırladır ki, Azərbaycanda aztəminatlı ailələrdən ötrü xüsusi ərzaq bazarının tikiləcəyi vədi verilib. Amma, hələ ki, bu söz olaraq qalır:
 
"Hazırda Azərbaycanda aylıq gəliri 116 manatdan az olan şəxs yoxsul sayılır. Hesab edirəm ki, nə ərzaq kartoçkaları, nə də xüsusi ərzaq bazarı yoxsulların durumuna müsbət təsir edə bilər. Sadəcə ünvanlı sosial yardım sistemini təkmilləşdirmək lazımdır ki, onu kartla da vermək mümkün olsun", - deyə ekspert Nəriman Ağayev durumu qəzetə belə şərh edib.
 
Yazıda qeyd edilir ki, rəsmi statistikaya görə, ölkədə 5 faiz yoxsul var. Ancaq ekspertlər reallıqda bunun daha çox olduğunu düşünürlər. /

Google+ WhatsApp ok.ru