Yoxsulluq hansı səviyyədədir?

Yoxsulluq hansı səviyyədədir?

-- rəsmi olaraq Azərbaycanda yoxsulluğun səviyyəsi...

"Novoye Vremya" qəzetində  "Yoxsulluğun tələləri" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif ölkə statistikasının Azərbaycanda yoxsulluğa dair cəmiyyətə aydın olmayan göstəricilər ortaya qoyduğunu deyir və böyük əksəriyyətin bu rəqəmlərə inanmadığını bildirir.
 
Müəllif deyir ki, yoxsulluq həddində olan bir çox insan hökumətin müyyən etdiyi minimal maaşı (155 manat) yox, hətta ondan da bir qədər yuxarı olan gəlirləri belə yoxsulluq səviyyəsindən çıxmaq saymırlar.
 
Müəllif vurğulayır ki, rəsmi olaraq Azərbaycanda yoxsulluğun səviyyəsi 5% hesab edilir.
 
Müəllif hesab edir ki, yaşayış minimumu qanununda olan ziddiyyətlər ölkədə yoxsulluğun səviyyəsi barədə manipulyasiyalara şərait yaradır: "Həmin qanuna əsasən orta aylıq gəlirləri ehtiyac meyarlarından aşağı olan ailələr yoxsul sayılırlar. Özü də burada "sosial baxımdan uyğun" ifadəsi "yoxsul" ifadəsinə sinonim kimi kimi işlədilir".
 
Müəllif vurğulayır ki, ölkədə orta yaşayış minimumu sosial ehtiyac meyarlarından 25% yüksəkdir, baxmyaraq ki, bu meyarların hər ikisi eyni həddə olmalı idi.
 
Müəllif isə deyir ki, hətta elan olunan yoxsulluq səviyyəsi belə yaşayış minimumu əsasında hesablanmır, heç bir sosial-iqtisadi əsası olmayan ehtiyac meyarları əsasında hesablanır: "Beləliklə, yoxsulluğun səviyyəsi hesablanarkən əsas kimi ünvanlı sosial yardım alanlar götürülür. Amma məsələyə elə rəsmi statistika bucağından yanaşdıqda müxtəlif adlarla adlandırılsa da gəlirlərinə görə əhalinin çox hissəsi istər ehtiyac meyarları, istərsə də yaşayış minimumu gösətiricləri altına düşür".
 
Müəllif vurğulayır ki, DB-nin hesablamasına görə, ölkədə yoxsulluğun səviyyəsi 9%-dir və burada söhbət əhalinin gündəlik gəliri 2 dollardan aşağı olan hissəsindən gedir, halbuki, BMT-nin Ticarət və İnkişaf Konfransı bu rəqəmin ən azı 5 dollar həcmində olmalı olduğunu bəyan edir.
 
Müəllif vurğulayır ki, hətta DB-nin hesabatlarında belə gündəlik 6 dollara yaşayan insanlar kasıb insanlar sayılır.
 
Məqalə müəllifi deyir ki, yoxsulluq meyarları inflyasiyadan da geri qalır və
 
sonuncu dəfə DB 2011-ci ildə inflyasiyaya görə, vətəndaşlara gündəlik 1.9 dollar ödənişi müəyyən edib .
 
Müəllif xatırladır ki, bu, Azərbaycanda 2015-ci il devalvasiyasından, əhalinin gəlir və alıcılıq qabiliyyətinin azalmasından çox əvvəl müəyyən edilib, hətta bu meyar özü indi Azərbaycanda tələblərə cavab vermir.
 
Müəllif deyir ki, gündəlik 5 dollara dolanmaq mövqeyindən yanaşdıqda Azərbaycanda yoxsulluğun səviyyəsi 28%-ə qalxır.
 
Müəllif deyir ki, hətta MDB-nin 1500 ev təsərrüfatı arasında keçirdiyi "sizin ailə 4 il əvvəlkindən yaxşı yaşayır, yoxsa pis?" sorğusuna cavab olaraq 27% azərbaycanlı vəziyyətlərinin pisləşdiyini bildiriblər.(contact.az)
 

Google+ WhatsApp ok.ru