İyul həmişəkindən daha isti olacaq

İyulda orta aylıq temperatur və yağıntılar normaya yaxın olacaq, amma bəzi günlərdə normanı aşacaq.
 
Sinoptiklərin məlumatına görə, Bakıda və Abşeronda havanın orta temperaturu +25 +28 dərəcə, ayrı-ayrı günlərdə isə +35 +40 dərəcə təşkil edəcək.
 
Naxçıvanda orta aylıq temperatur +25 +29 dərəcə təşkil edəcək, bəzi günlərə +42 dərəcəyə qədər yüksələcək.
 
Yağıntılara gəlincə, burada cəmi 6-16 mm yağıntı olacaq.
 
Qarabağ regionunda hava hər yerdən daha sərin olacaq – cəmi +25 +30 dərəcə, arabir +35 dərəcə. Aylıq yağıntılar 36-73 mm təşkil edəcək.
 
Qərb regionunda orta temperatur +30 +35 dərəcə, bəzi yerlərdə +40 dərəcəyə qədər təşkil edəcək. Yağıntılar 10-32 mm olacaq.
 
Şimal və şimal-qərb bölgəsində orta aylıq temperatur +27 +32, bəzi günlərdə +38 dərəcəyə qədər yüksələcək. Aylıq yağıntılar normaya yaxın – 9-18 mm təşkil edəcək.
 
Mərkəzi aran rayonlarında orta temperatur +30 +35 dərəcə, bəzi günlərdə +42 dərəcə təşkil edəcək. Yağıntılar az – 3-22 mm təşkil edəcək.
 
Cənub bölgəsində havanın orta aylıq temperaturu +29 +34 dərəcə, ayrı-ayrı günlərdə +37 dərəcəyə qədər təşkil edəcək. Yağıntılar normaya uyğun – 7-33 mm təşkil edəcək.

Google+ WhatsApp ok.ru