İyulun 15-də Müqəddəs Məkkə şəhəri nadir astronomik hadisənin şahidi olacaq

İyulun 15-də Müqəddəs Məkkə şəhəri nadir astronomik hadisənin şahidi olacaq

İyulun 15-də günəş düz Müqəddəs Kəbə üzərində duracaq
 
İyulun 15-də Müqəddəs Məkkə nadir astronomik hadisənin şahidi olacaq - günəş düz Kəbə üzərində perpendikulyar qalacaq. 
 
Maide.Az xarici KİV-lərə istinadən xəbər verir ki, bu qeyri-adi hadisə yerli vaxtla saat 12.27-də baş verəcək.
 
Nə zaman günəş  şaquli vəziyyətdə Kəbə evinin üzərinə düşürsə, onda günəş müqəddəs evin düz üzərində dayanır. Bu an kölgələr bir müddət yoxa çıxır.
 
Baş vermiş hadisə zamanı insanlar günəşə istiqamətlənərək, namazın dəqiq səmtini (qibləni) müəyyən edə bilirlər
 
 "Günəş düz Kəəbə üzərində duracaq. Bu məqamda onu kölgəsi tamamilə yox olacaq. Bu astronomik hadisə insanlar üçün qiblənin istiqamətini dəqiq müəyyənləşdirməyə kömək edir.", -deyə Ciddə Astronomlarının Assosiasiyasının prezidenti Məcid Əbu Zahir deyir.
 
Qeyd etmək lazımdır ki, Kəbə üzərinə günəş ildə iki dəfə qalxır. Bu, mayın 15-də və iyulun 27-də baş verir. /

Google+ WhatsApp ok.ru