İyulun 3-də Şeyx Sərdarın növbəti məhkəməsi keçiriləcək

İyulun 3-də Şeyx Sərdarın növbəti məhkəməsi keçiriləcək

İyul ayının 3-də Azərbaycan Ruhanilər Məclsinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu, Şeyx Sərdar Hacıhəsənlinin növbəti məhkəmə prosesi keçiriləcək. 
 
Maide.Az xəbər verir ki, məhkəmə 03 iyul tarixində saat 10:00-da Masallı Rayon Məhkəməsində keçiriləcək. 
 
Qeyd edək ki, Şeyx Sərdar Hacıhəsənli Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun şikayətinə əsasən həbs edilib. O, qanunsuz olaraq “Cümə” namazı qılmaqda ittiham olunur.
 
Xatırladaq ki, bunadan öncəki məhkəmə prosesi iyun ayının 19-da Masallı Rayon Məhkəməsində keçirilmişdir. Məhkəmədə şahidlər dindirilmişdir. Daha sonra dövlət ittihamçısı məhkəmədə çıxış etmək üçün İyul ayının 3-nə qədər hazırlıq vaxtı istəyib. Məhkəmə prosesi İyul ayının 3-nə qədər təxirə salınıb.
 

Google+ WhatsApp ok.ru