Yumurtaların içindən böcək dərmanı çıxdı, Almaniya, Hollandiya və Belçikada həyəcan təbli çalındı

Yumurtaların içindən böcək dərmanı çıxdı, Almaniya, Hollandiya və Belçikada həyəcan təbli çalındı

Almaniya satılan yumurtalarda böcək dərmanı böhranı yaşanan Hollandiyadan ötən il 5 milyard ədəd yumurta idxal edib. 
 
Maide.Az xəbər verir ki, Almaniya Federal Statistika Ofisindən (Destatis) verilən məlumata görə, fipronil adlı böcək dərmanına yoluxmuş milyonlarla yumurta Almaniyanın marketlərində satılır. Bu yumurtaların böyük əksəriyyəti Hollandiya və Belçikadan idxal olunub.  
 
Əhalinin tələbatını ödəmək üçün Almaniya 2016-cı ildə 7 milyard ədəd yumurta idxal edib. Ölkədən isə 2,2 milyard ədəd yumurta ixrac olunub. 
 
İdxalatın 5 milyard ədədi Hollandiyanın payına düşür ki, Almaniyanın yumurta ehtiyacını təmin edən öncül ölkələrdəndir. Almaniya dərmana yoluxmuş yumurta krizisi yaşanan Belçikadan isə 225 milyon ədəd yumurta idxal edib. 
 
Qeyd edək ki, Keçən ay Almaniya, Hollandiya və Belçikada satılan yumurtalarda böcək dərmanına rast gəlinib. Mütəxəssislər Belçikada milyonlarla yumurtada böcək dərmanı tapıldığını, istifadəçilərə tədbir üçün "X-NL-40155XX" kodlu yumurtaları qətiyyən almamağı məsləhət görüb. Belçikada Qida Təhlükəsizliyi Agentliyi, iyun ayında ölkədə satılan yumurtalarda "fipronil” maddəsinin olduğuna, ancaq "gizliliyi” səbəbi ilə xalqa açıqlanmadığını deyib. Agentlik yumurtaların satışdan qaldırılmasına ehtiyac olmadığını, araşdırmalarda yumurtalardakı dərmanın çox az miqdarda olduğunu bildirib.
 
Fipronil nədir?
Fipronil, heyvanlarda birə, bit və gənələri yox etmək üçün istifadə olunan böcək dərmanlarındakı maddədir və insanların qidalanacağı heyvanlarda istifadəsi qadağandır.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) "orta dərəcədə təhlükəli” olaraq təqdim etdiyi bu maddə yüksək miqdarda istifadə edildiyi zaman qaraciyər, böyrək və treoid vəzilərinə mənfi təsir edir. /

Google+ WhatsApp ok.ru