Yunanıstanda “Makedoniya” problemi ilə bağlı kütləvi aksiyalar davam edir- FOTO

Yunanıstanda “Makedoniya” problemi ilə bağlı kütləvi aksiyalar davam edir- FOTO

-- Polislər isə gözyaşardıcı qazla aksiyanı dağıtmağa cəhd edib

17 iyunda Yunanıstan və Makedoniya baş nazirləri arasında Makedoniyanın adının dəyişdirilərək Şimali Makedoniya Respublikası adlandırılması barədə müqavilə imzalanmışdı.
 
Maide.Az NTV-yə istinadən xəbər verir ki, bu qərara etiraz edən yunanlılar Selanik şəhərində kütləvi aksiya keçiriblər.
 
Polislər etirazçılara müdaxilə etmək istəyəndə çaxnaşma düşüb. Aksiyaçılar zibil qutularına od vurub və barrikadalar qurublar. Polislər isə gözyaşardıcı qazla aksiyanı dağıtmağa cəhd edib.
 
Qeyd edək ki, yunan xalqı bu ölkəyə tərkibində Makedoniya sözünün yer aldığı ad verilməsinə qarşı çıxır.
 
Makedoniya bu problemə görə müstəqilliyini elan etdiyi 1991-ci ildən bəri Avropa İttifaqı və NATO-ya üzv ola bilmir.
 
 
 
 
 

Google+ WhatsApp ok.ru