Yunanıstanda etirazçılar Trampı dünyanın ən böyük terrorçusu adlandırıb 14 Yanvar 2020 14:27 Dünya Yunanıstanın paytaxtındakı etirazçılar, şəhid general-leytenant Süleymaninin öldürülməsinə görə, ABŞ prezidentini dünyanın ən böyük terrorçusu adlandırıb. Afina Ayrı-seçkiliyə Qarşı Mübarizə və Müharibə Əleyhinə Alyansının təşkil etdiyi ABŞ əleyhinə mitinqində, ABŞ-a qarşı şüarlar səsləndirən çox sayda iştirakçı, şəhid general-leytenant Süleymaninin öldürülməsinə görə Tramp administrasiyasını tənqid etmək üçün ABŞ səfirliyinə doğru hərəkət edib. ABŞ səfirliyi önündəki mitinqdə şüar səsləndirən yunanlar, Tramp hökumətini dövlət və beynəlxalq terrorçu adlandıraraq, Yunanıstandakı ABŞ hərbi bazalarının ləğvini tələb edib. Yunan hökuməti, qəzəbli nümayişçilərin diplomatik missiyaya qarşı hər hansı bir addımının qarşısını almaq üçün, ABŞ səfirliyi qarşısında çoxlu sayda təhlükəsizlik qüvvələrini cəlb edib. Yunanıstanın şimalındakı ikinci böyük şəhəri olan Saloniki sakinləri də ABŞ əleyhinə nümayişləri keçirərək, Tramp hökuməti tərəfindən şəhid general Süleymaniyə qarşı terror hücumunu pisləyib. Bir sıra iri Avropa şəhərləri, o cümlədən London və Roma müharibə və ABŞ əleyhinə etirazlar keçirib. /Deyerler.org Teqlər : #Yunanıstanda,#etirazçılar,#Trampı,#dünyanın,#ən,#böyük,#terrorçusu,#adlandırıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Pakistanda təbii fəlakət nəticəsində ölənlərin sayı 57-yə çatıb İraq ABŞ hərbçilərinin ölkədən çıxarılmasında israrlıdı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO