Yunanıstanda jurnalistlər və dənizçilər etiraz tətili keçirir 16 May 2017 01:00 Dünya Bu gün Yunanıstan xəbərsiz və dəniz əlqəsi olmadan qalıb. Buna səbəb yeni iqtisadi qanunlarla əlaqədar dövlət və özəl KİV-i təmsil edən jurnalistlərin 24 saatlıq, dənizçilərin isə 48 saatlıq etiraz tətili keçirməsidir. Bundan başqa, metropoliten işçilərinin və avtobus sürücülərinin də tətil etməsi səbəbindən Afina beynəlxalq hava limanına getmək çətin olacaq. KİV-də tətil mayın 16-da səhər saat 6-dan başlayıb. Gecəyarısından isə yunan dənizçilər etiraz edirlər. Onlar kreditorların tələbi ilə parlamentdə müzakirəyə çıxarılacaq yeni iqtisadi qanunlara etiraz edirlər. Qeyd edək ki, mayın 18-də Yunanıstan parlamenti özündə 2019-cu ildən pensiya və əmək haqqının növbəti dəfə azaldılmasını və vergi dərəclərinin artırılmasını, sosial müavinətlərin kəsilməsini, kütləvi işdən azadetməni ehtiva edən, eləcə də enerji sektorunda islahatları, 2018-2021-ci illər üzrə ortamüddətli maliyyə strategiyasını müəyyən edən qanun layihəsini nəzərdən keçirəcək. (report) / Teqlər : #Yunanıstanda jurnalistlər və dənizçilər etiraz tətili keçirir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru BMT-nin Təhlükəsizlik Şurası Şimali Koreyanın raket buraxmasını yekdilliklə qınayıb Mərhum Ayətullah Əhməd Sabiri Həmədaninin dəfn mərasimi – FOTO/VİDEO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO