Yunanıstanda miqrant uşaqlarla bağlı vəziyyət gündən-günə pisləşir

Yunanıstanda miqrant uşaqlarla bağlı vəziyyət gündən-günə pisləşir

Yunan Sosial Həmrəylik Mərkəzindən verilən məlumata görə, hazırda 4960-dan çox valideyni və ya yaxın qohumu tərəfindən müşayiət olunmayan uşaq Yunanıstandakı qaçqın düşərgələrində yaşayır.
 
Maide.Az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, hesabatda qeyd olunur ki, bu uşaqların 75 faizi düşərgələrdə yolverilməz şəraitdə yaşayır.
 
Yunan mediası qaçqın düşərgəsinin sakinlərinin yemək və içməli su çatışmazlığı, hökumətin zəif dəstəyi və uşaqların vəziyyətinin hüquqi tənzimlənməsi kimi problemlərlə üzləşdiklərini yazır.
 
Həmçinin qeyd olunur ki, Yunanıstanda miqrant uşaqların vəziyyəti gündən-günə pisləşir.
 
Qaçqın düşərgələrindəki uşaqlar mövzusunu şərh edən “Sərhədsiz Həkimlər” (MSF) könüllüsü Apostolos Veizis Yunan adalarında bu sferadakı vəziyyətin dəhşətli olduğunu qeyd edib.
 
Onun sözlərinə görə, könüllülər hər gün demək olar ki, 100 uşağa yardım göstərir.
 
Yunanıstanda miqrant uşaqların yarıdan çoxu dözülməz yaşayış şəraitinin yaratdığı dəri və tənəffüs xəstəliklərindən əziyyət çəkir.
 
"Ən çox təəccübləndirici məqam odur ki, 1.2 min müşayiət olunmayan miqrant uşağın həyatı təhlükə altındadır, çünki yerləşdikləri yer müəyyənləşdirilməyib" – deyə, o bildirib.
 

Google+ WhatsApp ok.ru