Yunanıstanda terror: kilsə qarşısında partlayış

Yunanıstanda terror: kilsə qarşısında partlayış

Yunanıstanın paytaxtı Afinada yerləşən Müqəddəs Dionisios kilsəsinin qarşısında partlayış baş verib.

Maide.Az "axar.az"a istinadən  xəbər verir ki, bu barədə Yunanıstanın dövlət televiziyası informasiya yayıb.

Kilsənin qarşısında bombanın partladılması nəticəsində bir polis əməkdaşı yaralanıb. Hadisə yerinə təhlükəsizlik və təcili tibbi yardım briqadaları cəlb olunub.

Teraktla bağlı məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Google+ WhatsApp ok.ru