Yunanıstanın Attika bölgəsində bütün məktəblər bağlanıb 17 Noyabr 2017 02:00 Dünya -- Ekstremal hava şəraiti noyabrın 15-də Attikada 16 nəfərin ölümü ilə nəticələnib. Attika qubernatoru Rena Duru noyabrın 17-də Yunanıstanın paytaxt regionunun bütün məktəblərinin bağlanmasına göstəriş verib. Bu qərara əlverişsiz hava şəraiti səbəb olub. Yunanıstanda daşqınlara səbəb olan leysan yağışları bütün həftə boyu davam edib. Ekstremal hava şəraiti noyabrın 15-də Attikada 16 nəfərin ölümü ilə nəticələnib. Yunanıstanın Baş naziri Aleksis Tsipras ölkədə üçgünlük matəm elan edib. Dövlət bayraqları endirilib və 44 il əvvəl Politexnik Universitetdə baş vermiş faciənin ildönümü mərasimlərindən başqa, bütün ictimai tədbirlər ləğv olunub. Xatırladaq ki, 1973-cü ildə hökumətin tələbə ittifaqlarının fəaliyyətinə qarışmasına etiraz edən tələbələr universiteti ələ keçirmişdilər. Noyabrın 17-nə keçən gecə ordu təhsil müəssisəsinin binasına tanklarla hücum etmişdi. Toqquşmada 23 tələbə həlak olmuş, mindən çox insan yaralanmışdı. Tələbə üsyanı yatırılsa da, ölkədə baş qaldıran kütləvi etiraz aksiyaları “qara polkovniklər” diktaturasının süqutuna gətirib çıxarmışdı. (azertac) Teqlər : #Yunanıstanın Attika bölgəsində bütün məktəblər bağlanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Əfqanıstan prezidentinin keçmiş müşavirinə sui-qəsd edilib - YENİLƏNİB ABŞ-da Qocalar evi yanıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO