YUNİSEF: Çirkli hava körpələrin beyinlərinə zərər verir

YUNİSEF: Çirkli hava körpələrin beyinlərinə zərər verir

-- 1 yaşınadək 17 milyon uşaq zəhərli hava ilə nəfəs almağa məcburdur

BMT-nin Uşaq Fondu (YUNİSEF) çirkli havanın  körpə uşaqların beyinlərinə zərər verməsi ilə bağlı  xəbərdarlıq edib. 
 
Maide.Az   YUNİSEF-in saytına istinadən xəbər verir ki,  qurumun xəbərdarlığında bildirilir ki, 1 yaşınadək 17 milyon uşaq zəhərli hava ilə nəfəs almağa məcburdur. Havanı çirkləndirən maddələr inkişafda olan həmin körpələrin biyinlərinə  ziyan vura bilər.
 
Məlumatda bildirilir ki,  çirkli hava daha çox  Cənubi Asiyada olan uşaqlar üçün təhlükəlidir. 12 mln. nəfərdən çox  körpə çirklilik dərəcəsi  6 dəfə çox rayonlarda yaşayır.  Dha 4 milyon nəfər isə  Şərqi Asiya və Sakit Okean bölgələrində bu riskə məruz qalır. 
 
YUNİSEF blidirir ki,  çirklənmiş hava tənəffüslə beyinə zərər verə bilər və onun inkişafına mənfi təsir göstərər. 
 
 

Google+ WhatsApp ok.ru