YUNİSEF: Suriya böhranı qurbanlarının 40 faizi uşaqlardır

YUNİSEF: Suriya böhranı qurbanlarının 40 faizi uşaqlardır

-- 7 ildir Suriyada davam edən müharibələr səbəbindən uşaqlarda ciddi psixoloji sarsıntılar meydana gəlib

BMT Uşaq Fondunun (YUNİSEF) Yaxın Şərq üzrə direktoru Qeert Kappeler Suriya böhranının uşaqlarda ciddi fəsadlar yaratması barədə danışıb.
 
Maide.az parstoday.com-a istinadən xəbər verir ki, o, böhrandan əziyyət çəkənlərin 40 faizinin uşaqlar olduğunu bildirib.
 
Bundan başqa, 3 milyon uşaq hazırda ölüm təhlükəsi altındadır.
 
Kappeler qeyd edib ki, 7 ildir Suriyada davam edən müharibələr səbəbindən uşaqlarda ciddi psixoloji sarsıntılar meydana gəlib.
 
Qeyd edək ki, 15 mart 2011-ci ildən etibarən bəzi qərb ölkələri və regionun ərəb ölkələrinin dəstəyi ilə bir qrup terrorçu  Suriya ərazini işğal edib. Suriya xalqına təhmil olunmuş bu dağıdıcı müharibədə rəsmi rəqəmlərə görə, 353 min 935 mindən çox insan ölüb. Onlardan 19 min 811-i uşaqlardır.
 
 

Google+ WhatsApp ok.ru