YUNİSEF: Yəmənə hücumlarda 74 uşaq həlak olub

BMT-nin Uşaqlara Yardım Fondu (YUNISEF) Səudiyyə və müttəfiqlərinin martın 26-dan Yəməndə başlatdığı "Qətiyyət Fırtınası” əməliyyatında bu günə qədər ən az 74 uşağın həlak olduğunu  və 44 uşağın isə şikəst olduğunu açıqlayıb.
 
Maide.az xəbər verir ki, YUNİSEF-in bəyanatına görə, yəmənli uşaqlar Səudiyyə rejiminin təcavüzünə görə  ciddi zərbələrə məruz qalırlar. Yəməndə ölən uşaqların sayı ilə bağlı təqdim edilən statistik məlumatlar az göstərilir.Yəməndə həlak olan uşaqların  sayı elan olunmuş rəqəmdən xeyli çoxdur. Xüsusilə toqquşmaların hələ də davam etdiyini nəzərə almaq lazımdır. 
YUNİSEF-in Yəməndəki nümayəndəsi Culian Harneis deyib ki, Yəməndə uşaqlar müharibəyə görə ciddi zərbələrə məruz qalırlar. Uşaqlar evlərini tərk etməyə məcbur olurlar. Onların həyatı təhlükədədir. Təhsil sahəsində də ciddi problemlərlə üzləşiblər. Ərəbistan qırıcılarının Yəmənə olan təcavüzləri çoxlu sayda müdafiəsiz sivil vətəndaşın ölməsi və yaralanmasına səbəb olub./
 

Google+ WhatsApp ok.ru