YUNİSEF: Yəməndə hər gün 130 uşaq ölür 15 Yanvar 2018 02:00 Yəmən -- hazırda 150 min yəmənli uşaq aclıqla üz-üzədir BMT Uşaq Fondu YUNİSEF-in Yaxın Şərq və Şimali Afrika direktoru Gert Kappelaere Yəmən müharibəsində indiyədək 5 min uşağın öldüyünü açıqlayıb. Maide.Az bildirir ki, FaktXəbər-in məlumatına görə, o, Səudiyyə Ərəbistan rejiminin Yəmənə təcavüzü nəticəsində gedən müharibə nəticsəində hər gün 130-dan çox uşağın aclıq və ya xroniki xəstəlikdən dünyasını dəyişdiyini söyləyib. Uşaqların Beynəlxalq Mühafizə Təşkilatı da bu kontekstdə yaydığı hesabatda belə deyib: "Səudiyyə Ərəbistanının Yəmənə sırıdığı blokadanın davam etməsi, yəmənli uşaqlar arasında ölümlərin daha da artmasına səbəb olacaq. 11 milyonu uşaqlardan ibarət 20 milyon yəmənli humanitar yardıma möhtac şəkildə yaşayır və bu ölkədəki vəziyyət, dünya miqyasında ən faciəvi humanitar faciədir." Ümumdünya Səhiyyə Təşkilatı və YUNİSEF-in birgə bəyanatına görə, hazırda 150 min yəmənli uşaq aclıqla üz-üzədir və vəziyyətə müdaxilə edilməsə, sözügedən uşaqlar arasında ölüm halları artacaq. Səudiyyə rejiminin Yəmənə qarşı həyata keçirdiyi təcavüzkar hücumlar bu yoxsul ərəb ölkəsində qidalanma, təmiz su və tibbi ləvazimat çatışmazlığı kimi problemləri yaradıb. Bu, vəba virusu başda olmaqla difteriya epidemiyası kimi xəstəliklərin yaranmasına gətirib çıxarıb. Artıq Yəməndə 2200-dən çox insan vəba xəstəliyindən dünyasını dəyişib. Teqlər : #YUNİSEF: Yəməndə hər gün 130 uşaq ölür, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yəməndə difteriya virusu 48 nəfərin həyatına son qoydu BMT: 22 milyon Yəmənlinin yardıma ehtiyacı var
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'