YUNİSEF: Yəməndə 2016-cı ildə  23 min yeni doğulmuş körpə  öldürülüb.

YUNİSEF: Yəməndə 2016-cı ildə 23 min yeni doğulmuş körpə öldürülüb.

-- 4200-dən çox ana öldürülüb

BMT-nin Uşaq Fondunun (YUNİSEF) cümə günü Yəmənli uşaqların durumu ilə bağlı yeni hesabat açıqlayıb. 
 
Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki,  YUNİSEF-in hesabatına əsasən   Səudiyyə Ərəbistanın Yəmənə təcavüzü nəticəsində 2016-cı ildə  23 min yeni doğulmuş körpə  öldürülüb.   
 
YUNİSEF  Yəməndəki bu böyük faciə və humanitar böhrana görə məsuliyyəti Səudiyyə Ərəbistan rejiminin başçılıq etdiyi koalisiyanın daşıdığını bildirib. 
 
YUNİSEFİN hesabatında bildirilir ki, 2016-cı ildə qarşısı alına biləcək səbəblərdən  4272  ana və 23 min yeni doğulmuş körpə  öldürülüb.   
 
YUNİSEF  Yəmənli  ana və uşaqların müdafiəsi üçün yeni strategiya qəbul edib.  “Yeni strategiyaya əsasən , xəstə uaşaqları qorumaq və dəstəkləmək məqsədilə  səhiyyə xidmətləri nəzərdə tutulacaq.  
 
Qeyd edək ki, bundan öncə  BMT-nin Uşaq Fondu  bəyanat yayaraq bildirmişdi ki, pis qidalanmaya görə  Yəəndə 400 mindən çox uşaq  ölüm təhlükəsi ilə üz-üzədir. 
 
Xatırladaq ki,  2015-ci ilin martından Səudiyyə rejiminin Yəmənə qarşı hərbi təcavüzü nəticəsində Yəməndə 20 milyon nəfərin - əhalinin 70 faizinin humanitar yardıma ehtiyacı var. 3 milyon nəfər evini tərk etməyə məcbur olub.
 
Səudiyyə Ərəbistanının yoxsul Yəmənə qarşı hərbi təcavüzü Yəmənin ərzaq və dərman çatışmazlığı ilə üz-üzə qoyub və bu ölkədə yoluxucu xəstəliklərin geniş yayılması ilə nəticələnib.   
 
Ötən altı ay ərzində Yəməndə 900 min yəmənli uşaq vəbaya tutulub. 
 

 

Google+ WhatsApp ok.ru