YUNİSEF yəmənli uşaqlarla bağlı hesabatı açıqladı

YUNİSEF yəmənli uşaqlarla bağlı hesabatı açıqladı

-- hesabatda 2 milyon yəmənli uşağın məktəbə gedə bilmədiyi bildirilib

BMT Uşaqlara Yardım Fondu (YUNİSEF) 3 ildir Səudiyyə Ərəbistanının işğalı altından Yəməndə müharibənin ən çox uşaqlara mənfi təsir etdiyini açıqlayıb.
 
Maide.Az “Dünya Bülteni”nə istinadən xəbər verir ki, hesabatda 2 milyon yəmənli uşağın məktəbə gedə bilmədiyi bildirilib.
 
Bundan başqa, 2419 uşaq hazırda döyüşçü kimi istifadə edilir. Ölkədəki qız uşaqlarının yarısı isə 15 yaşına qədər evləndirilib.
 
Müəllimlərin təxminən 35 faizi bir ildən çoxdur ki, maaş ala bilməyib. Bu da 4,5 milyon uşağın təhsil almasına riskə atır.
 
2500-ə yaxın məktəb müharibə nəticəsində yararsız hala düşüb. 7 məktəb isə hazırda hərbi baza olaraq istifadə edilir.
 
Hesabatda qeyd edilib ki, 27,5 milyon əhalisi olan Yəmənin 78 faizi yoxsulluq və səfalət içində yaşayır. 8,2 milyonu uşaq olmaqla 16 milyon nəfərin təmiz suya ehtiyacı var.
 
Qeyd edək ki, aprelin 3-də Cenevrə şəhərində Yəmənə beynəlxalq yardımla bağlı konfrans keçiriləcək. Tədbirə BMT baş katibi Antonio Quterreşin də qatılacağı gözlənilir.
 

Google+ WhatsApp ok.ru