Yutub portalında gün ərzində 1 milyard saatlıq videoya baxılır

Yutub portalında gün ərzində 1 milyard saatlıq videoya baxılır

Yutub (YouTube) kompaniyasının texniki məsələlər üzrə vitse-prezidenti Kristos Qudrou bildirib ki, portalda gün ərzində onlayn rejimdə videolara baxış 1 milyard saata çatıb.
 
 "Biz səyahətimizdə vacib mərhələyə çatmışıq. Artıq bütün dünyada insanlar gün ərzində YouTube-da 1 milyard saatlıq videoya baxırlar", - deyə Qudrou öz bloqunda yazıb. "Əgər siz YouTube-da 1 milyard saatlıq videoya baxsanız, bunun üçün sizə 100 min il lazım gələrdir", - şirkətin rəsmisi əlavə edib.
 
FaktXəbər-in məlumatına görə, YouTube video portalı 2015-ci ilin oktyabrında Google korporasiyasına qoşulan Alphabet holdinqinə məxsusdur.   
Google-nin yaradıcısı Larri Peyc və Sergey Brin əvvəllər Alphabet prezidenti və baş direktoru vəzifəsini tutublar. (faktxeber)
 

Google+ WhatsApp ok.ru