`Yuventus` ötən maliyyə ilində rekord gəlir əldə edib

`Yuventus` ötən maliyyə ilində rekord gəlir əldə edib

Klubun xalis gəliri 42,6 milyon avro təşkil edib

"Yuventus" rəsmi saytında 2016/17-ci maliyyə ilinin yekunu üzrə rekord gəlir əldə etdiyini bəyan edib.
 
Turin klubu iyunun 30-da başa çatan bir illik dövr ərzində 562,7 milyon avro qazanıb.
Klubun xalis gəliri 42,6 milyon avro təşkil edib.
 
"Yuventus" 2015/16-cı maliyyə ili ilə müqayisədə təqribən 200 mln. avro (387,9 mln. avrodan), 40 mln. avro (4,1 mln. avrodan) artıb.
 
"Yuventus" ötən mövsüm ölkə çempionatı və İtaliya Kubokunun qalibi olub, həmçinin Çempionlar Liqasının finalına qədər yüksəlib və orada "Real"a məğlub olub (1:4). (report) /

Google+ WhatsApp ok.ru