Yuxuda arıqlamaq üçün bunları edin!

Yatmazdan öncə bəzi qaydalara əməl edərək, maddələr mübadilənizi sürətləndirə bilərsiniz. Beləliklə, yatarkən bədəniniz yağları əridəcək, kalori xərcləyəcək, günə daha arıq və gümrah başlayacaqsınız.
 
Maide.az  publika.az-a istinadən yuxuda arıqladacaq ipuclarını təqdim edir:
 
Nanə
 
Gecə yatmazdan öncə ən azı 10 dəqiqə təzə nanə qoxulayın. Onun əvəzinə yastığınıza bir neçə damcı nanə yağı da damızdıra bilərsiniz. Nanə qoxusu maddələr mübadiləsini sürətləndirəcək.
 
Zülal
 
Yatmazdan qabaq zülal ehtiva edən içki için. Bu, maddələr mübadiləsini sürətləndirməyin ən asan üsullarından biridir. Ancaq zülallı qidalar yuxunun qaçmasına səbəb ola bilər.
 
Süzmə
 
Süzmə zülalla zəngindir. Bu səbəbdən, siz yatarkən orqanizmin kalori xərcləməsinə səbəb olacaq. Üstəlik, o, səhər oyanarkən həddən artıq aclıq hiss etməyin qarşısını alır. Bu da səhər yeməyində normadan az yeməyinizə səbəb olur. Gecə yatmazdan öncə 1 qaşıq süzmə yeməyiniz kifayət edəcək.
 
Yaşıl çay
 
Yatmazdan əvvəl bir stəkan yaşıl çay için. Bir həftə sonra pəhriz saxlamadığınız halda arıqladığınızı hiss edəcəksiniz.
 
Zil qaranlıq
 
Aparılan araşdırmalar göstərir ki, zil qaranlıqda yatanların orqanizmi daha çox kalori xərcləyir. Ona görə də, işıqları söndürün, pərdələri çəkin.
 
Ədviyyatlı axşam yeməyi
 
Maddələr mübadiləsini sürətlənməyin digər bir yolu da axşam yeməyində ədviyyatlı xörəklərə üstünlük verməkdir. Qeyd edək ki, axşam yeməyi ən gec 20:00-da yeyilməlidir. /

Google+ WhatsApp ok.ru