Yuxu ilə bağlı doğru bildiyimiz 9 YANLIŞ

Yuxu ilə bağlı doğru bildiyimiz 9 YANLIŞ

-- Acıbadem Universitetinin nevroloji mütəxəssisi açıqlama verib

Cəmiyyət arasında yuxu ilə bağlı söylənən və edilən bir neçə deyim var ki, əslində olan yanlışdır. 
 
Maide.Az “Haber7.com”a istinadən xəbər verir ki, bu yanlış doğru kimi uzun müddət edildiyi təqdirdə fəsadlara səbəb ola bilir.
 
Unutmamaq lazımdır ki, lazım olan qədər və rahat yuxu insan sağlamlığı üçün çox vacibdir. Bir çox problemlərin kökündə yuxusuzluq və doğru şəkildə yatmamaq dayandığı üçün buna xüsusi önəm vermək lazımdır.
 
Acıbadem Universitetinin nevroloji mütəxəssisi Murad Aksu yuxu ilə bağlı doğru zənn edilən 9 yanlışdan danışıb. Onları təqdim edirik:
 
1. Yuxu ən az 8 saat olmalıdır – Yanlış
 
Yuxu müddəti insandan insana dəyişir. Kim neçə saat yataraq rahat ola bilirsə, o qədər də yatmalıdır – Doğru
 
2. Axşam içəcəyim bir fincan qəhvə yuxumu pozmaz – Yanlış
 
Qəhvə və çayda yer alan maddələr insanı yuxuya verən beyin hüceyrələrinə mənfi təsir və yatmağı gecikdirir – Doğru
 
3. Az yatmaq daha yaxşıdır – Yanlış
 
Az yatmaq orqanizmin fəaliyyətini pozur, həzm prosesinə mənfi təsir edir və artıq çəkinin yaranmasına səbəb ola bilir – Doğru
 
4. Xoruldamaq yalnız artıq çəkili insanların xəstəliyidir – Yanlış
 
Artıq çəkili olduqları üçün xoruldamırlar, xoruldadıqları üçün artıq çəkilidirlər – Doğru
 
5. Hər növ yuxusuzluq probleminin diaqnozu üçün yuxu analizi vacibdir – Yanlış
 
Yuxu analizi deyilən “polisomnografi” hər yuxu probleminin diaqnozunda vacib deyil. Şikayətlərə görə dəyişir – Doğru
 
6. Gecə yatmadığım üçün gündüz yatmalıyam – Yanlış
 
Beyin gecə yatmaq, gündüz oyaq qalmaq üçün nizamlanıb – Doğru 
 
7. Gec yatdığım üçün səhər gec oyanmalıyam –Yanlış
 
Oyanmaq vaxtı mümkün qədər sabit olmalıdır - Doğru
 
8. Yatmazdan öncə nə qədər çox yorulsam, o qədər rahat yataram – Yanlış
 
Yorğun olduğumuzda yuxuya getmək çətinləşir. Yuxuya getmədən bir neçə saat öncə ağır fiziki işlər görülməməlidir – Doğru
 
9. Yataqda kitab oxumaq, telefonlar oynamaq və televizor izləmək yuxuya getməyi asanlaşdırır – Yanlış
 
Bunlar yuxu rejimini pozan vərdişlərdir - Doğru

Google+ WhatsApp ok.ru