Yuxunun az olması uşaqlarda bu QORXULU XƏSTƏLİYİN riskini artırır

Yuxunun az olması uşaqlarda bu QORXULU XƏSTƏLİYİN riskini artırır

Amerika alimləri araşdırmalar zamanı aşkar ediblər ki, gecə az yatan uşaqlarda 2 tip şəkərli diabetin inkişafı riski artmış olur.
 
Araşdırmada 9-10 yaşlı 4525 uşaq iştirak edib. Araşdırma göstərib ki, gecə vaxtı daha az yatan uşaqlarda insulinə qarşı həssaslıq aşağı idi. Bundan əlavə bu uşaqların artıq bədən çəkisi var idi. İnsulinə qarşı həssaslığın azalması və artıq çəki 2-ci tip şəkərli diabetin inkişafının əsas səbəbləridir.
 
"The Daily Mail" xəbər verir ki, Amerika Pediatriya Akademiyası 6-12 yaş arası olan uşaqlara gecə 9-12 saat yatmağı tövsiyə edirlər.(sağlamolun.az) 

Google+ WhatsApp ok.ru