Yuxu rejiminin pozulması uşaqların davranışına mənfi təsir göstərir

Əgər uşaqlar müxtəlif vaxtlarda yatmağa gedirlərsə, bu, onların davranışına mənfi təsir göstərir.
 
Alimlər 2001-2002-ci illərdə İngiltərədə anadan olan 10 mindən çox uşaq haqqında məlumat topladıqdan sonra bu qənaətə gəliblər. Kiçik yaşlı uşaqların davranışı ilə bağlı ekspertlərin suallarını onların anaları cavablandırıb. Yeddi yaşlı uşaqların davranışı isə onların sinif yoldaşlarının rəyinə əsasən qiymətləndirilib. Məlum olub ki, uşaqlarda yuxu rejiminin pozulması onların aktivlik səviyyəsinə və emosional vəziyyətinə mənfi təsir göstərir. Bu, onların davranışında özünü daha ciddi şəkildə büruzə verib. Alimlərin fikrincə, 5-7 yaşlı uşaqlar sutka ərzində 10-12 saat yatmalıdırlar. Bu rejimi hətta istirahət və tətil günlərində də pozmaq olmaz.

Google+ WhatsApp ok.ru