Yuxusuzluq insult və ürək xəstəlikləri riskini artırır

Yuxusuzluq insult və ürək xəstəlikləri riskini artırır

Yuxusuzluğa düçar olan insanlarda ürəyin işemik xəstəlikləri, insult və ürək çatışmazlığı riski artır.
 
Maide.Az "Sputnik"ə istinadla bildirir ki, bu barədə Stokholmda tədqiqat aparan isveç alimləri EurekAlert! nəşrində yazıblar.
 
Karolina Universitetinin alimləri 1,3 milyon insanın məlumat bazasını araşdırıblar. Onlar yuxusuzluğun genetik amillərini nəzərə alan Mendel metodundan istifadə ediblər. Bu üsul yuxusuzluqla ürək xəstəlikləri arasında daha dəqiq səbəb-nəticə əlaqələrini tapmağa imkan verir. Məlum olub ki, yuxusuzluğa səbəb olan gen variantlarının mövcudluğu insult və digər ürək pozuntuları rsikini artırır. 
 
Daha öncəki araşdırmaların nəticələrinə görə, dünya əhalisinin artıq 30 faizinin probleminə çevrilən yuxusuzluq ürək çatışmazlığının inkişafına səbəb olur.

Google+ WhatsApp ok.ru