Yuxusuzluqla mübarizə

Yuxusuzluqla mübarizə

Darçının rahatlamağa, bananın da serotonin ifraz etməyə köməkçi olduğunu və xoş bir gecə yuxusu təmin etdiyini bilirdinizmi?
 
Banan ən bəsləyici və sağlam meyvələrdən biridir.
 
Bananı yatmazdan əvvəl çaya bir səbəbdən ötəri əlavə edirik - banan beyndə serotonini sərbəst qalmasına kömək edir. Bu serotonin, narahatlığı yüngülləşdirən və yuxusuzluğa qarşı köməkçi olan bir maddədir. Bu səbəbdən banan yuxuya getməyə kömək edir.
 
Darçın möcüzəvi sakitləşdirici bir ədviyyatdır. Hətta qoxlamaqla belə, özümüzü rahat və dinc hiss edə bilərik.
 
Darçın qanda şəkərin səviyyəsini nizamlamağa köməkçi olur.
 
Qanda şəkərin səviyyəsi tarazlandıqca, hormonlar daha yaxşı işləyərək yaxşı yuxunu təmin edir.
 
Yuxusuzluqla necə mübarizə edək?
1 banan
1/2 çay qaşığı darçın (2.5 qr)
1 litr su
 
Hazırlıq
Bu çayı hazırlamaq çox asandır. İlk olaraq banan alınmalıdır. Niyə? Bu bananın qabığını istifadə edəcəyimiz üçün hər hansı bir böcək dərmanı olmadan yetişdirilmişsə çox daha yaxşıdır.
Bananınızı seçdikdən sonra, uclarını kəsin və su ilə dolu bir qazana qoyub, isidin.
Üzərinə yarım çay qaşığı darçın əlavə edin.
Ən az 20 dəqiqə qaynadın. Bu müddət keçdikdən sonra ən az 10 dəqiqə daha gözləyin.
Suyu süzün və bir qaba qoyun. Daha şirin bir çay istəyirsinizsə, içinə bir az bal əlavə edin. Çayınıza şəkər əlavə etmədiyinizdən əmin olun. Şəkər gecələri oyanıq qalmağınıza səbəb olur və yuxusuzluğa qarşı mübarizənin təsirini azaldır. (deyerler) /

Google+ WhatsApp ok.ru