Yüzlərlə silahlı müxalif Suriyada ordu qüvvələrinə təslim oldu

Yüzlərlə silahlı müxalif Suriyada ordu qüvvələrinə təslim oldu

Suriyanın Homs şəhərinin Elur bölgəsində 500-dən artıq silahlı müxalifin Suriya rəsmilərilə razılaşmaları çərçivəsində, tərksilah olub normal həyatlarına qayıtmağa qərar verdiklərini bildirilib.
 
Homsun icra başçısı Təlal Bərazi 530 silahlı müxalifin tərksilah olduğunu açıqlayıb.
 
Təlal Bərazi açıqlamasında digər silahlı müxaliflərin Suriyanın şimalına köçürülməsinə işarə edərək, Suriya Milli Razılaşma Qruplarının təsirli rolu sayəsində, bütün silahlı müxaliflərin Homsdan çıxmasının, təxminən 50 gün vaxt alacağını qeyd edib. (deyerler) /

Google+ WhatsApp ok.ru